Hafiz Hacıyevin səhhəti pisləşib?

16 Oktyabr 2021 14:54

Azərbaycan mətbuatında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətinin pisləşməsi, siyasi fəaliyyətinə ara verdiyini, hətta mətbuatla təmaslarını dayandırması barədə məlumatlar yayılmışdı.

Milli.Az xəbər verir ki, bununla bağlı modern.az saytının əməkdaşı Hafiz Hacıyevlə əlaqə saxlayıb.

Partiya sədri bildirib ki, səhhəti ilə bağlı hər şey qaydasındadır:

"Mənim səhhətimdə hər şey qaydasındadır. Bu barədə kim yazıbsa, yalandır".

Milli.Az