Gürcüstanda koronavirusa yoluxanların sayı 657 mini ötüb

16 Oktyabr 2021 14:42

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 076 yoluxma halı qeydə alınıb, 44 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 657 753, ölənlərin sayı isə 9 440 nəfərə çatıb. Virusa yoluxanlardan 609 987 nəfərin sağaldığı bildirilir.

Milli.Az