Dünya bazarlarında qaz ucuzlaşıb

16 Oktyabr 2021 14:30

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

Milli.Az APA-ya istinadən bildirir ki,noyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU (British thermal unit - Britaniya istilik vahidi) üçün 4,66% azalaraq 5,422 ABŞ dolları təşkil edib.

Milli.Az