Baş prokuror: "Cənub bölgəsində cinayətkar fəaliyyətə sərhədboyu ərazilərdə yaşayan ailələr cəlb olunur”
3 May 2010 20:12
Bu sözləri baş prokuror Zakir Qaralov Lənkəranda keçrilən konfransda "Narkomanlıqla mübarizənin aktual problemləri və prokuror nəzarəti" mövzusunda məruzəsində bildirib. Onun sözlərinə görə, cənub bölgəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ən mühüm yolu dövlət sərhədlərinin mühafizəsinin möhkəmləndirilməsindən, narkotiklərin qaçaqmalçılığının bütün mümkün yollarının bağlanmasından ibarətdir.
Baş prokuror qeyd edib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı məhkum edilmiş şəxslərin sosial reabilitasiyası çox mühüm əhəmiyyət kəsb edir.
Milli.Az