Xəstəxanada tək qalan xəstə son nəfəsinədək həkimləri çağırdı... - VİDEO

16 Oktyabr 2021 18:30

Rusiyanın Pervouralsk şəhərində xəstəxanaya yerləşdirilən xəstə nəzarətsiz qalaraq faciəli şəkildə vəfat edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, xəstə bütün gecəni son nəfəsinədək qışqıraraq həkimləri çağırıb.

Onun şiddətli ağrılardan nəfəsinin kəsilməsi və  can verməsi qonşu palatadakı xəstə tərəfindən lentə alınıb.

Məlum olub ki, xəstəxanada növbətçi həkim olmayıb - hər gün bütün həkimlər "iş saatı" bitdikdən sonra xəstəxananı tərk edirlər. 

Ölkənin sosial şəbəkələrində yayılan görüntülər izləyicilərin qəzəbinə səbəb olub. 

Ən maraqlısı isə səhər baş verib. Həkimlər mərhumun qohumlarına zəng edərək bildirib ki, onun həyatı üçün əllərindən gələni etsələr də, xilas edə bilməyiblər. 

Hazırda Səhiyyə Nazirliyi faktı araşdırmağa başlayıb. 

Mərhumun yaxınlarının hadisə ilə bağlı polisə və prokurorluğa şikayət edəcəyi bildirilir. 

Milli.Az