Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb

16 Oktyabr 2021 08:32

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsində yol qəzası qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "VAZ 2106" markalı avtomobil yolu keçən 40-50 yaşlarında olan piyadanı vurub.

Piyada xəstəxanaya çatdırılarkən yolda keçinib. Hələlik piyadanın şəxsiyyəti müəyyən edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az