Türkiyənin Kastamonu vilayətinin Bozqurd rayonunda sel fəlakətində zədələnən bina uçurulub.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, avqustun 11-də Ezinə çayının daşması nəticəsində yararsız hala düşən binanın uçurulub yenidən inşa edilməsinə qərar verilib.
10 mərtəbədən ibarət binanın dağılması və ətrafı toz-duman bürüməsi isə kameraların yaddaşına köçürülüb.
Milli.Az