“Bomj”un yaşadığı vaqonda başlayan yanğın üç obyekti kül etdi - FOTO

16 Oktyabr 2021 08:18

Bakının Binəqədi rayonunda yanğın olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.

Belə ki, Asəf Zeynallı küçəsində tüfeyli həyat tərzi keçirən şəxsin yaşadığı vaqonda yanğın başlayıb.

Alov yaşayış sahəsinə bitişik meyvə-tərəvəz dükanı, gözəllik salonu və dərzi sexi kimi fəaliyyət göstərən üç obyektə keçib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin üç texnikası və canlı qüvvəsi cəlb edilib. Alovun qarşısı alınıb.

Milli.Az