Kraliça 95 yaşında spirtli içkidən imtina etdi

16 Oktyabr 2021 08:13

Böyük Britaniya kraliçası II Yelizaveta spirtli içkidən imtina edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 95 yaşlı kraliça həkimlərin məsləhətindən sonra bu qərara gəlib.

"Britaniya kraliçası bu yaxınlarda sevdiyi Martini içkisindən imtina edib. İndi o, yalnız Malvern mineral suyu içir", - nəşrin məlumatında bildirilir.

Milli.Az