FIFA Əfqanıstandan 100 nəfəri təxliyə edib

16 Oktyabr 2021 07:25

Beynəlxalq Futbol Federasiyası (FIFA) Əfqanıstandan 100 nəfəri təxliyə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın rəsmi saytında yerləşdirilən açıqlamada deyilir.

Məlumata əsasən, söhbət "futbol ailəsinin üzvləri" və qadın futbolçulardan gedir. Təşkilat təxliyə prosesindəki yardıma görə Qətər hökumətinə də təşəkkür edib.

Milli.Az