İngiltərədə deputat kilsədə bıçaqlanaraq öldürüldü

15 Oktyabr 2021 23:18

İngiltərədə deputat bıçaqlı hücuma uğrayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Esseks polisi açıqlama yayıb.

Bildirilib ki, Mühafizəkarlar Partiyasından millət vəkili Devid Amess seçki bölgəsində hücuma məruz qalıb. 69 yaşlı deputat həyatını itirib.

1983-cü ildən bəri deputat olan Amess kilsədə seçiciləri ilə görüşdə birdən çox bıçaq xəsarəti alıb.

Polis 25 yaşlı cinayətkarı yaxalayıb.

Milli.Az