Vladikavkazda 200 məhbus qiyam qaldırıb - VİDEO

15 Oktyabr 2021 23:05

Şimali Osetiyanın paytaxtı Vladikavkazda cəzaçəkmə müəssisəsində təxminən 200 məhbus qiyam qaldırıb

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə bölgənin hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Məlumat rəsmi olaraq təsdiqlənməsə də Səhiyyə Nazirliyinin regional idarəsindən bildirilib ki, hadisə yerinə təcili yardım çağırılıb.

"Zərərçəkənlər barədə heç bir məlumat daxil olmayı", deyə nazirlikdən bildirilib.

Milli.Az