Məşhur aktyor 3 yaşlı qızından imtina edib

15 Oktyabr 2021 20:00

Aktyor Ouen Uilsonun keçmiş sevgilisi Varuni Vonqsvirates onun haqqında qalmaqallı iddialar irəli sürüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Daily Mail" qəzetinə danışan Varuni atasının 3 yaşlı qızını heç vaxt görmədiyini açıqlayıb. O, balaca qızı Laylanın atasına ehtiyacı olduğunu vurğulayıb:

"Bu yaxınlarda qızım Laylanın üçüncü doğum gününü qeyd etdik. Ouenə qızını görməsi üçün yalvardım. Amma o bununla bağlı heç bir şey etmədi. Düzdür, maddi dəstək verdi, lakin bu kifayət deyil. Laylanın bir ataya ehtiyacı var. Ouenin filmlərində həmişə ata rollarını oynaması, amma həyatda qızı ilə görüşməməsi o qədər ironikdir ki".

Qeyd edək ki, Varuni hamilə olduğunu deyəndə aktyor ona inanmayıb və DNT analizi tələb edib. Ouen qızını qəbul etməsə də, testin nəticəsi Laylanın onun qızı olduğunu təsdiqləyib.
 
Aktyorun bundan başqa keçmiş münasibətlərindən 10 və 7 yaşlarında iki oğlu var. Heç vaxt rəsmi nikah bağlamayan Ouen onlarla tez-tez görüşür.

Milli.Az