"Ən böyük əxlaqsızlıq başqalarının əxlaqını müzakirə etməkdir"- Nura dedi-qodulardan gileyləndi

15 Oktyabr 2021 19:48

"Ölkədən köçən insanların çoxu vətəni sevmədiyindən yox, insanların başqalarının həyatına burun soxmasından, dedi-qodusundan qaçıb gedir".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi dedi-qodulardan gileylənib:

"Kişili, qadınlı bir yerə yığışan kimi başlayırlar kimisə müzakirə etməyə. Hamı da hamıdan şikayət edir. Ən zəhləm gedən xüsusiyyət isə özü vaxtı ilə min hoqqadan çıxıb, hər pozğunluğu edib, sonra cəmiyyətdə bəlli bir status əldə edən kimi başlayır qeyrət, namus, əxlaqdan danışmağa. Başqalarına yuxarıdan aşağı baxmağa ki, bəs filankəs əxlaqsızdır və sair... Adamın əti tökülür. Ən böyük əxlaqsızlıq başqalarının əxlaqını müzakirə etməkdir. Bir yerə yığılıb oturanda kinodan, kitabdan, dünyada baş verən proseslərdən danışın, loto oynayın, deyin, gülün əylənin.

Xaricə də gedəndə turizm şirkətindən, bizimkilər olmayan oteldə otaq istəyirlər. Səbəb isə özümüzünkülərin qınağından qaçmaqdır. Özünüz rahat və firavan yaşayın, başqalarına da mane olmayın yetər".

Milli.Az