Elməddin və Xəyalə də aparıcılıq edəcək - FOTO

15 Oktyabr 2021 15:30

Bu televiziya mövsümündə daha iki tanınmış sima yenidən aparıcılıq edəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlardan biri aktyor Elməddin Cəfərov, digəri isə aktrisa Xəyalə Quliyevadır.

E. Cəfərov "Qısa qapanma" adlı şou ilə tamaşaçıların qarşısına çıxacaq. Veriliş həftədə bir dəfə ATV-də yayımlanacaq.

X. Quliyeva isə "Bir gün sizdə, bir gün bizdə" ilə aparıcı kimi efirə qayıdacaq. O, tamaşaçıları "Xəzər" TV-dən salamlayacaq. Sözügedən veriliş TV8-də yayımlanan "Yemekteyiz"in formatındadır.

Milli.Az