Hüseyn Həsənov "Papanın gül balası" mahnısına oynadı - VİDEO

15 Oktyabr 2021 17:12

Meyxanaçı Namiq Qaraçuxurlu sosial şəbəkədə yeni paylaşım edib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, sənətçi instaqram hesabında Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun videosunu yayımlayıb.

Görüntülərdə bloger lüks avtomobilində Qaraçuxurlunun bir zamanlar populyar meyxanası "Papanın gül balası" ifasına həm qulaq asıb, həm də oynayıb.

Namiqin məşhur blogerlə bağlı bu paylaşımı izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb.

Milli.Az