Öz qapısına vurulan qola sevinən futbolçuya qarşı intizam işi başlanıb

15 Oktyabr 2021 20:24

Ukrayna futbol çempionatının ikinci divizionunda çıxış edən "Kremen" klubunun üzvü Vitali Boykoya qarşı ölkənin Futbol Federasiyası tərəfindən intizam işi açılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, buna səbəb oyunçunun öz komandasının qapısına vurulan qola sevinməsi olub.

Hadisə çempionatın 11-ci turu çərçivəsində "Ujqorod" və "Kremen" klubları arasındakı qarşılaşma zamanı matçın 64-cü dəqiqəsində baş verib.

Boyko əməlini inkar edərək, etdiyi jestlərlə sevinmədiyini, əksinə qəzəbini ifadə etdiyini bəyan edib.

Milli.Az