Şəhidimiz evin tək oğlu imiş... - FOTO

14 Oktyabr 2021 23:27

Xəbər verdiyimiz kimi, bu gün saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

Şəhidimiz Goranboy rayonunun Borsunlu kəndindəndir.

2002-ci il təvəllüdlü Əfqan evin tək oğlu olub və bir il idi hərbi xidmətdə imiş.

O, sabah doğulduğu kənddə torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

Milli.Az