Melikov Dağıstanın rəhbəri seçildi

14 Oktyabr 2021 22:43

Dağıstan Xalq Məclisinin deputatları Sergey Melikovu respublikanın rəhbəri seçiblər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Xalq Məclisinin 90 deputatından 82-si Melikova səs verib.

Melikov and içərək rəsmi şəkildə vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, 2020-ci il oktyabrın 5-də Rusiya prezidenti Vladimir Putin Dağıstanın başçısı Vladimir Vasilyevin istefasını qəbul edib və onu özünə məsləhətçi təyin edib. Sergey Melikov isə Dağıstanın müvəqqəti başçısı vəzifəsinə təyin edilib.

Milli.Az