Türkiyə pevəndi ilə bağlı SEVİNDİRİCİ XƏBƏR: virus izolə edildi

14 Oktyabr 2021 22:41

Türkiyədə yeni növ koronavirus əleyhinə hazırlanan yerli "TURKOVAC" peyvəndinin "Delta" variantına təsiri ilə bağlı araşdırmalarda virus izolə edilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Kayseri Erciyes Universiteti (ERÜ) rektoru Prof. Dr. Mustafa Çalışın yaydığı açıqlamada deyilir.

M. Çalış "TURKOVAC" peyvəndinin ingilis (Alfa) variantına qarşı 100 faiz təsirli olduğunu əvvəlki araşdırmalarında sübuta yetirdiklərini xatırladıb.

Professor "Delta" variantı ilə bağlı fəaliyyətə başladıqlarını deyib:

""Delta" variantını izolə etdik. "TURKOVAC" peyvəndimizin "delta" variantına qarşı effektivliyini araşdırırıq. İşimiz həm transgen siçanlarda, həm də könüllü serumlarında davam edir. Fəaliyyətlərimizin yaxın zamanda yekunlaşacağına ümid edirik. Komandamız sürətlə işləyir. Bəlkə də bir ay ərzində "TURKOVAC"ın "Delta" variantına təsirini göstərə biləcəyik".

""TURKOVAC" peyvəndi üzərində üçüncü mərhələ fəaliyyətləri davam edir", - M. Çalış vurğulayıb.

Milli.Az