Şirvanda avtomobil 40 yaşlı kişini vurub

14 Oktyabr 2021 22:23

Şirvanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə şəhərin Tofiq İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, Şirvan şəhər sakini, 1981-ci il təvəllüdlü Məmmədov Tahir Aslan oğlunu yolu keçən zaman minik avtomobili vurub. Piyada ağır xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına (ŞMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az