Novxanıda istirahət mərkəzində yanğın olub

14 Oktyabr 2021 22:21

Abşeron rayonunun Novxanı kəndində istirahət mərkəzinin yerləşdiyi ümumi sahəsi 500 m² olan ikimərtəbəli binanın 1-ci mərtəbəsinin yanar konstruksiyaları 100 m² sahədə yanıb.

Bu barədə Milli.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın söndürülüb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Milli.Az