Mövlud Çavuşoğlu "Taliban" nümayəndə heyəti ilə görüşdü

14 Oktyabr 2021 18:24

Əfqanıstanın "Taliban" hərəkatı tərəfindən formalaşdırılmış müvəqqəti hökumətinin bir qrup nümayəndə heyəti Türkiyəyə səfər edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstandakı Taliban hökumətinin xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb.

Bu, "Taliban" nümayəndələrinin Əfqanıstanda hakimiyyətə gəldikdən sonra ilk xarici səfəridir.

Milli.Az