Mahirdən növbəti qol

14 Oktyabr 2021 21:34

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya" yoxlama oyunu keçirib.

Varşava təmsilçisi klubun gənclərdən ibarət komandası ilə qarşılaşıb. "Legiya"nın əsas komandası 4:1 hesablı qələbə qazanıb.

Mahir də bu görüşün iştirakçısı olub. O, 16-cı dəqiqədə fərqlənməyi də bacarıb.

Qeyd edək ki, Mahir bu ilin iyun ayından "Legiya"da oynayır.

Milli.Az