"Bavariya"dan ayrılır

14 Oktyabr 2021 21:33

"Bavariya"nın futbolçusu Koranten Tolisso klubdan ayrılacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi klubdan narazıdır. Buna görə də o, Münhen təmsilçisi ilə müqaviləsini yeniləməyəcək.

Qeyd edək ki, Tolissonun "Bavariya" ilə hazırkı sözləşməsi gələn ilin yayına qədərdir.

Milli.Az