İbrahimoviç qayıtdı

14 Oktyabr 2021 21:32

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç zədəsini tam sağaldıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Tuttomercato" məlumat yayıb. 40 yaşlı hücumçunun komanda ilə məşqlərə başladığı bildirilib.

İbrahimoviçin A Seriyasının 8-ci turunda "Verona" ilə matçda meydanda olacağı gözlənilir.

Qeyd edək ki, İbrahimoviç zədə səbəbindən 6 matçı buraxıb.

Milli.Az