Qidalanmada vacib məqam: "Ardıcıllığı pozsanız..." - Mütəxəssis

17 Oktyabr 2021 15:45

Qidalanma sağlam həyatın əsas prinsiplərindən biridir. Bəs qidaları qəbul edərkən onların ardıcıllığına diqqət edirikmi?

Mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verən Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov bildirib ki, qidaların ardıcıllığı onların həzm müddətinə görə dəyişir:

"Ət, yumurta, pendir kimi zülallı qidalar mədədə uzun müddətə həzm olunur. Şirniyyat və meyvələr mədədə çox qalmadan bağırsağa keçir və burada ilk həzmini tamamlayır. Su isə mədədə bədən istiliyinə çatdıqdan sonra bağırsağa keçir. Buna görə də əvvəlcə su içilməlidir, sonra qarışdırmamaq şərtilə meyvə və ya desert, sonra isə salat və yemək yeyilməlidir".

"Yeməkdən sonra meyvə və ya şirniyyat yeyildiyində, meyvə və şirniyyat həzmi tamamlamaq üçün bağırsağa keçə bilmir nəticədə mədədə mayalanır, çürüyür və qaz əmələ gətirir. Təsadüfi deyil ki, Quranda ardıcıl olaraq , Vaqiə surəsi 20-ci ayədə meyvədən, 21-ci ayədə isə ətdən (zülaldan) bəhs edir".

Milli.Az