50 min dollar ver, göyə uç

14 Oktyabr 2021 20:16

ABŞ-ın World View şirkəti kosmosa turist səfərlərinin təşkilinə başlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, turistlər 50 min dollar müqabilində 9 saata yaxın kosmosda ola biləcəklər.

Məlumata görə, onlar yerdən 30 km hündürlükdən yer kürəsini və kainatı seyr edəcəklər. Şirkətin prezidenti  Rayan Xartmanın dediyinə görə, göy üzünə uçuş  Keniya, Norveç, Braziliya, Monqolustan, Çin və Misirdən həyata keçiriləcək.

Milli.Az