Rusiyada koronavirusa gündəlik yoluxma və ölüm hallarında rekord qeydə alınıb

14 Oktyabr 2021 15:42

Rusiyada son sutka ərzində 31 299 nəfər koronavirusa yoluxub, 986 nəfər isə vəfat edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, pandemiya dövründə Rusiyada qeydə alınan ən yüksək göstəricilər olub.

Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 7,9 milyona çatıb.

Ölənlərin sayı 220 315 nəfər təşkil edir.

Qeyd edək ki, bir gün əvvəl ölkədə 984 nəfər vəfat etmişdi.

Milli.Az