Vətən müharibəsi şəhidi İxtiyar Əliyev Goranboyda dəfn edilib - FOTO

14 Oktyabr 2021 12:39

Vətən müharibəsinin şəhidi İxtiyar Əliyev anadan olduğu Goranboy rayonunda dəfn olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, şəhid Goranboy rayonunun Goranlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində rayon İcra hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvüləri, döyüş yoldaşları və kənd sakinləri iştirak edib.

Milli.Az