Latviya prezidenti koronavirusa yoluxub

14 Oktyabr 2021 11:51

Latviya prezidenti Egil Levits koronavirusa yoluxub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, o, Estoniyanın yeni dövlət başçısı Alar Karislə görüşdən əvvəl koronavirus testindən keçib və testin nəticəsi müsbət olub.

Bu səbəbdən görüş təxirə salınıb.

Milli.Az