“Murad mənimlə oxumaq üçün əldən-ayaqdan gedir” - Brilliant - VİDEO

14 Oktyabr 2021 16:48

"Səs Azərbaycan" layihəsinin ikinci hissəsinin anonsu yayımlanıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, tizerdə jürilərin kəskin mübarizəsi və atmacaları yer alıb. Xalq artisti Brilliant Dadaşovun digər jüri Murad Arif barədə dedikləri isə maraq doğurub.

Əvvəlcə sənətçi "Muradik mənimlə duet oxumaq üçün əldən-ayaqdan gedir", - deyə, bildirib.

M.Arif isə "Mən hələ də əldən-ayaqdan gedirəm" sözləri ilə B.Dadaşovanın fikirlərini təsdiq edib. Dadaşova "Muradik, hələ sənə nələr öyrətməliyəm mən", - deyə, daha bir atmacası ilə də diqqət çəkib.

Qeyd edək ki, "Səs Azərbaycan" layihəsinin münsifləri Xalq artistləri Brilliant Dadaşova, Tünzalə Ağayeva, müğənnilər Murad Arif və Eldar Qasımovdur.

Milli.Az