İrana verilmiş vaxt azalır

14 Oktyabr 2021 11:03

ABŞ-ın dövlət katibi Entoni Blinken Vaşinqtonda İsrailin və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri ilə görüşüb.

Milli.Az Reuters-ə istinadən bidirir ki, İsralin XİN başçısı, baş nazirin müavin Yair Lapid və onun BƏƏ-li həmkarı Abdullah bin Zayed əl Nəhayyaenla görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

Konfransdakı çıxışında E.Blinken İranın nüvə silahı əldə etməməsi ilə bağlı Birləşmiş Ştatların başqa ölkələrlə həmfikir olduğunu bəyan edib. O, vaxtın azaldığını və İranın öz yolundan dönməyəcəyi halda diplomatiyadan başqa seçənəklərin nəzərdən keçiriləcəyini bildirib.

Yair Lapid isə İranın hər ötən gün nüvə silahı əldə etməyə bir az da yaxınlaşdığını qeyd edib. O, İsrailin müdafiə haqqını özündə saxladığını bir daha xatırladıb və hər kəsin "başqa vasitələr" sözünün əsl mənasını anladığını vurğulayıb.

Milli.Az