İranlı sürücülər azad olunmayıb - İran XİN - VİDEO

14 Oktyabr 2021 12:24

İran XİN-in sözcüsü Səid Xətibzadə televiziyaya verdiyi açıqlamasında Azərbaycanda saxlanılan İranlı sürücülərin qaytarılmasını təkzib edib.

Milli.Az xəbər verir ki, S.Xətibzadə son günlər Azərbaycanda həbsdə olan digər 2 İran vətəndaşının ölkəyə təhvil verildiyini bildirib.

Gorus-Qafan yolunda saxlanılan 2 iranlı sürücünün isə azad olunması istiqamətində işlərin aparıldığını bildirib.

Milli.Az