İranlı fəallardan Tehrana etiraz - Təbrizdə dəstək aksiyası keçirildi - FOTO

14 Oktyabr 2021 11:00

Təbrizin bir qrup milli-mədəni fəalı Tehranın "Fəşafuyə" zindanında saxlanılan türk dili fəalı Əlirza Fərşiyə dəstək aksiyası keçirib.

Milli.Az xəbər verir ki, şəhərin bir sıra yerlərində Əlirza Fərşinin şəkli olan banerlər asılıb. Milli fəallar bu yolla Tehran hökumətinin mədəni fəala qarşı basqılarına etirazlarını bildiriblər.

Banerlərdə əks olunmuş Fərşinin fotosu üzərində "Azadlıq", "Əlirza Fərşi", "insan azadlığa məhkumdur", "Ver əlini əlimə, uçmağından qovulmuş həsrətində yanıram - 43 ildir uzaqda qara yerdə yatıram" məzmunlu şüarlar yazılıb.

Kamran Seyidov
Milli.Az