Rəmişin Gülüsündən ÜRƏK DAĞLAYAN SÖZLƏR: Danışıram, cavab vermir - VİDEO

14 Oktyabr 2021 12:18

"Hər zaman Rəmişi çağırırdınız, indi özünüz gəlirsiniz. Həmişə Rəmiş efirə gəlirdi, indi siz Rəmişin mənzilinə gəlmisiniz".

Milli.Az bildirir ki, bu sözləri ATV-nin "Günün sədası" proqramına açıqlama verən mərhum Xalq artisti Rəmiş (Rafiq) Hüseynovun həyat yoldaşı Gülü Hüseynova deyib.

Hər gün Rəmişi ziyarət etdiyini bildirən həyat yoldaşı göz yaşlarını saxalaya bilməyib:

"Darıxıram, onsuz qala bilmirəm. Hər gün gəlib 4-5 saat Rəmişin mənzilində otururam, sonra mənə qoyub getdiyi mənzildə yatıram. Dərdləşirəm Rəmişlə, söhbət edirəm. Mən danışıram, amma o cavab vermir".

Həmin görüntüləri təqdim edirik:

Milli.Az