Xalq artisti rəssam qızı ilə XUDAFƏRİNDƏ - FOTO

14 Oktyabr 2021 14:30

Xalq artisti Mələkxanım Əyyubova və onun rəssam qızı Nəzrin Nəcəfova 18 oktyabr Xudafərinin işğaldan azad olunmasının ildönümü münasibətilə hazırlanan televiziya çəkilişində iştirak edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, sənətçi və qızı Xudafərin körpüsünün qarşısında çəkdirdiyi fotoları İnstaqramda paylaşıb. Xalq artisti qeyd edib ki, Xudafərində çəkilişdə olmaq onun üçün çox yaddaqalan olub:

"İllərdir həsrətində olduğum Xudafərini Allah mənə görməyi nəsib etdi. Bu torpaq uğrunda canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Qazilərimizə tezliklə sağlamlıqlarını bərpa etmələrini arzu edirəm".

Milli.Az