FHN əməliyyat görüntüləri yayıb - VİDEO

14 Oktyabr 2021 13:24

Ötən gecə İmişli şəhəri, N.Nərimanov küçəsində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Milli.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaş Əliyev Həzi Nəcəfqulu oğluna məxsus beşotaqlı fərdi yaşayış evində baş verdiyi müəyyən olunub.

Yanğınsöndürmə bölmələrinin səyi ilə yanğın qısa müddətdə genişlənməsinin qarşısı alınaraq söndürülüb. Yanğın nəticəsində evin 1 otağının yanar konstruksiyaları və əşyaları, zirzəmisi qismən yanıb. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının evin qalan hissəsinə yayılmasının qarşısı alınıb.

Milli.Az