Xocavənddə xeyli sayda tank mərmisi aşkar edilib - VİDEO - FOTO

14 Oktyabr 2021 11:36

Xocavənddə xeyli sayda tank mərmisi aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə döyüş sursatlarının aşkar olunaraq təhvil verilməsi istiqamətində mütəmadi profilaktiki tədbirlər aparılır.

Xocavənd RPŞ-nin əməkdaşlarınının rayonun Məmməddərə kəndi ərazisində keçirdikləri tədbir zamanı erməni hərbi qüvvələrinə məxsus döyüş sursatı aşkar edilib.

Aşkar edilən 71 ədəd qəlpəli tank mərmisi və onlara aid 64 ədəd partladıcı aidiyyəti üzrə təhvil verilib.

Milli.Az