Bakıda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri - ANBAAN VİDEO

14 Oktyabr 2021 09:58

Ötən gün səhər saatlarında Hava limanı-Mərdəkan yolunda 5 nəfərin ölümü ilə nəticələnən ağır qəzanın baş vermə anının görüntüləri yayılıb.

Görüntülərdən də göründüyü kimi, Mərdəkan istiqamətində hərəkətdə olan "Mercedes" markalı yük avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusuna çırpılıb.

Ehtimal edilir ki, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Hadisə nəticəsində 5 nəfər həlak olub, 21 nəfər yaralanıb. Xəsarət alanlardan 8 nəfər Kliniki Tibbi Mərkəzə, 13 nəfər isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Milli.Az Trend-ə istinadən qəza anının görüntülərini təqdim edir:

Milli.Az