Kim Çen Inın yanında görünən “Şimali koreyalı Kapitan Amerika” hər kəsi güldürdü - VİDEO - FOTO

14 Oktyabr 2021 11:30

Şimali Koreya paytaxtında hərbi sərginin açılış mərasimi olub. Tədbir bir çox maraqlı anlarla müzakirə mövzusuna çevrilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kadrlarda Kim Çen Inın yanında dayanan mavi kombinezonlu adam böyük marağa səbəb olub. Sosial şəbəkələrdə "şimali koreyalı kapitan amerika" adlandırılan gənclə bağlı çoxlu memlər paylaşılıb.

Qeyd edək ki, tədbirdə hərbçilər KXDR lideri Kim Çen Inın qarşısında taekvondo fəndlərindən istifadə edərək yumruqları ilə kərpiç sındırmaq, dəmir barmaqlıqları əymək və sair bacarıqlarını nümayiş ediblər.

Milli.Az