“40 min əfqanı qəbul etməyə hazırıq”

14 Oktyabr 2021 10:06

Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin Əfqanıstandan 40 min qaçqını qəbul etməyə hazır olduğunu bildirib.

"Digər ölkələri də qaçqınları təhlükəsiz yerləşdirmək üçün dəstəyini artırmağa çağırırıq", - Castin Trüdo qeyd edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Kanadanın Baş naziri öz səhifəsində qaçqınların qəbuluna dair dövlət sənədini də yerləşdirib.

Sənəddə Kanadanın humanitar proqramlarına daxil olan şərtlər barədə məlumat verilir. 

Milli.Az