Tramp: “Mənim üçün hələ darıxmamısınız?”

14 Oktyabr 2021 09:30

ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçicilərinə yazılı müraciət ünvanlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, ölkədə pandemiyanın nəzarətdən çıxdığını, tədarük zəncirinin qırılmasıyla mağazalarda rəflərin boşaldığını, ABŞ-ın Əfqanıstandan alçalaraq çıxdığını qeyd edib.

Tramp həmçinin Meksika sərhədində baş verənləri fəlakət adlandıraraq, yanacaq qiymətlərinin artımı və rekord inflyasiyanı nümunə gətirməklə, faktiki olaraq Bayden hökumətini bacarıqsızlıqda ittiham edib.

Eks-prezident bəyanatını "Mənim üçün hələ darıxmamısınız?" sualıyla bitirib.

Milli.Az