Bu hərbçilərimiz hələ də itkindir - FOTO

14 Oktyabr 2021 07:46

Xəbər verdiyimiz kimi, Vətən Müharibəsində itkin düşən və axtarışları davam edən yeddi hərbçidən birinin nəşi tapılıb. DNT analizləri nəticəsində nəşi tapılan hərbçinin gizir İxtiyar Əliyev olduğu təsdiqlənib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, İkinci Qarabağ Müharibəsində itkin düşmüş altı hərbçimizin taleyi ilə bağlı məlumat yoxdur.

İtkin düşənlərdən biri leytenant, biri MAXE, dördü isə əsgərdir.

Onların siyahısını təqdim edirik:

Əsgər Feyzullayev Aydın Zakir oğlu

MAXE-əsgər Mehdiyev Asim Yaqub oğlu

Qədirli Elnur Rəcəb oğlu

Salamov Qorxmaz Bayram oğlu

Səfərli Xəqani İlqar oğlu

Leytenant Vəlizadə İbrahim Səməd oğlu

Milli.Az