Türkiyədə mikroavtobus aşdı, 12 polis yaralandı

14 Oktyabr 2021 07:27

Türkiyənin Kastamonu vilayətinin Seydilər rayonunda polisləri daşıyan mikroavtobus aşıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, nəticədə 12 polis yaralanıb.

Yaralılar xəstəxanalara aparılıb.

Polis maşınının Ankarada sel fəlakətinin yaşandığı Bozkurt rayonuna getdiyi məlum olub.

Milli.Az