Braziliyanın "San-Paulu" klubu baş məşqçisi Ernan Krespo ilə yollarını ayırıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın uğursuz nəticələri 46 yaşlı məşqçinin göndərilməsinə səbəb olub.
Qeyd edək ki, argentinalı mütəxəssis bu ilin fevralında "San-Paulu" ilə 2 illik müqavilə imzalamışdı. Onun komandası hazırda 29 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Milli.Az