Taliban üzvlərinin ABŞ -ın terrorçu siyahılarından çıxarılmasına çağırır

14 Oktyabr 2021 08:23

Taliban ABŞ rəsmilərini hərəkat üvlərini terrorçuların siyahısından çıxarmağa çağırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Taliban tərəfindən Əfqanıstanın müvəqqəti Nazirlər Kabinetində təyin olunan informasiya və mədəniyyət naziri Xeyrullah Xeyrxah bildirib.

"Amerikalılar Taliban nümayəndələrinin terrorçuların siyahısına daxil edilməsi ilə bağlı fikirlərini yenidən nəzərdən keçirməlidirlər Əfqanıstan [müvəqqəti] hökumətinə təzyiq göstərmək üçün bu siyahılardakı üzlərimizdən istifadə edirlər. Onları diplomatik üsullara sadiq qalmağa çağırırıq", - Xeyrxah Qətər televiziyasına müsahibəsində deyib.

Milli.Az