Aİ büdcəsindən Polşaya ödəmələr dondurula bilər

14 Oktyabr 2021 07:55

Niderlandın Baş naziri Mark Rütte Avropa İttifaqından Polşaya 36 milyard avroluq maliyyə yardımının dondurulması ilə bağlı müraciət edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, buna səbəb Polşanın Konstitusiya Məhkəməsinin Avropa hüquqlarının ölkə konstitusiyasının müddəalarından üstün olmaması ilə bağlı qərar göstərilir.

Rutte deyib: "21-22 oktyabr tarixlərində Aİ zirvəsində Avropa Komissiyasından Polşaya ölkə məhkəməsinin hansı prioritetlərə üstünlük verməsi aid olmayınca yardım planını təsdiqləməməsini xahiş edəcəyəm".

Milli.Az