Daha beş ölkədən turistlər Baliyə gedə biləcəklər

14 Oktyabr 2021 07:35

Oktyabrın 14-dən etibarən İndoneziya hakimiyyəti daha beş ölkədən - Çin, Cənubi Koreya, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri və Yeni Zelandiyadan olan turistlərin daxil olmasına icazə verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, oktyabrın sonuna qədər İndoneziya səlahiyyətlilərinin daha 13 ölkədən turistlərin girişinə icazə verəcəyi gözlənilir. Lakin bu siyahıya hansı dövlətlərin daxil olduğu hələ açıqlanmayıb.

Bildirilir ki, Bali adasına gəldikdən sonra məcburi beş günlük karantindən keçilməlidir.

Milli.Az