Norveçdə insanlara oxlarla hücum edildi, ölənlər var - FOTO

13 Oktyabr 2021 23:50

Norveçin Konqsberq şəhərində insanlara oxlarla hücum edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ilkin məlumata görə xeyli sayda insan həlak olub, yaralılar var.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun təkbaşına hərəkət etdiyi məlumdur.

Digər detallar araşdırılır.

Milli.Az